Türkiyə "Wikipedia"-nı niyə bağlayıb

"Wikipedia" Türkiyənin dünyanın ən böyük internet ensiklopediyasına girişi əngəlləməsinə öz etirazını bildirib.

Metbuat.az xəbər verir ki, bu işlə “Wikipedia”nın vəkili məşğul olur. Rəhbərlik tezliklə Türkiyədə internet ensiklopediyasının fəaliyyətə başlamasını tələb edib.

Türkiyə höküməti isə "Wikipedia"-nı terrorizmi təbliğ etməkdə günahlandırıb. Qarşı tərəf isə ittihamı rədd edərək, “Wikipedia” nın məqsədinin ensiklopedik bilikləri insanlarla paylaşmaq olduğunu deyib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR