Azərbaycanın aparıcı sement istehsalçısı bazar dəyərini itirir

Azərbaycanın aparıcı sement istehsalçısı bazar dəyərini itirir
17:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 46 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar 35,5 manatdan alınıb-satılıb.
Xatırladaq ki, bu, Azərbaycanın aparıcı sement istehsalçısının səhmləri ilə bağlı son yarım ay ərzində qeydə alınan 2-ci əqddir. Aprelin 19-da BFB-də baş tutmuş sövdələşmə zamanı şirkətin 93 səhmi 37 manatdan “əl dəyişdirib”.
Başqa sözlə, 13 gün ərzində “Holcim (Azerbaijan)”ın səhmləri 1,5 manat və yaxud 4,05% ucuzlaşıb. Səhmdar cəmiyyətin 31 812 880 manatlıq nizamnamə kapitalının hər birinin nominal dəyəri nominal dəyəri 20 manat olan 1 590 644 səhm əsasında formalaşdığını nəzərə alsaq, sement istehsalçısının bazar dəyərinin 58 853 828 manatdan 56 467 862 manata düşdüyünü demək olar.
Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-aparici-sement-istehsalcisi-bazar-deyerini-itirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR