Amaliya Pənahova ilə Məlahət Abbasova arasında qalmaqal: "Şişmandır..."

Amaliya Pənahova ilə Məlahət Abbasova arasında qalmaqal: "Şişmandır..."
17:47 2 May 2017
281 Şou
Ölkə mətbuatı
A- A+

"Bəlkə Məlahət Abbasovanın imkanı yoxdur plastik əməliyyatlar etdirsin. Ya da istəmir, narkozdan qorxur. Amma bir az özünə diqqət etsə, pis olmazdır. Bir az şişmandır, üzü başqadır. Onun özünə baxmasına ehtiyac var".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Amaliya Pənahova "Geriyə baxanda" verilişində Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasovanın ünvanına səsləndirib. 

M.Abbasova "ATV maqazin onlarla" verilişinə açıqlamasında A.Pənahovaya sərt cavab verib. 

O bildirib ki, aktrisanın bu qədər plastik əməliyyat etdirməsi düzgün deyil: 

"Bunlar ucuz söhbətlərdir. Amaliya xanım peşəkardır, ondan belə sözlər gözləmirdim. Yaradıcı insanın bir-birinə bu cür sözlər deməsi yaxşı deyil. Deyir, maddi gücü yoxdur. Gülməlidir... Estetik yüksək məbləğ tələb etmir. Türkiyədə isə bu lap asandır. Aktrisaların təbii estetik etməsi lazımdır ki, rolu oynaya, yaşada bilsin. Üzüntülü ananı oynayıramsa, plastik əməliyyatlı sima il heç vaxt təbii görünmərəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR