Azərbaycanın XİN başçısı BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın XİN başçısı BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb
17:47 2 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib.
Azərbaycan XİN-nin mətbuat xidmətindən “Report” verilən məlumata görə, Q.İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
E.Məmmədyarov müstəqilliyinin ilk illərindən BMT-nin rəsmi Bakıya dəstəyinin, Ermənistanın Azərbaycana təcavüzü nətəcəsində Azərbaycanın üzləşdiyi humanitar problemlərin nəticələrinin aradan qaldırılmasında BMT-nin müvafiq strukturlarının rolunun və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə qurulan məhsuldar əlaqələrin yüksək qiymətləndirildiyini vurğulayıb. 
Görüşdə UNDP-nin Azərbaycan ofisinin fəaliyyəti və Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanin-xi-n-bascisi-bmt-nin-rezident-elaqelendiricisi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR