Azərbaycan dəmir yolları sahəsində Özbəkistanla əlaqələri genişləndirir

Azərbaycan dəmir yolları sahəsində Özbəkistanla əlaqələri genişləndirir
17:47 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Daşkənddə Özbəkistanın baş nazirinin birinci müavini, “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Açılbay Ramatovla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib.
Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, A.Ramatov bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. O, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.
C.Qurbanov isə Azərbaycanın Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib.
Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlardan danışan C.Qurbanov ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Ölkənin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C.Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
C.Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib və bildirib ki, qonşu dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli gecikir.
İkitərəfli görüşdə Azərbaycan ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərindavam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-sahesinde-ozbekistanla-elaqeleri-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR