Maliyyə Nazirliyi hərraca çıxardığı istiqrazların hamısını satıb

Maliyyə Nazirliyi hərraca çıxardığı istiqrazların hamısını satıb
17:52 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104009540 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 9 investor 17 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 50 255 600 manat olub.
Sifarişlər 83,4095 manat (20%) – 85,611 manat (16,9%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,622 manat (18,2727%), orta ölçülmüş qiyməti 84,8544 manat (17,9472%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 5 yanvar 2018-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-herraca-cixardigi-istiqrazlarin-hamisini-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR