Qarnına yapışıq başla dünyaya gəldi

Gənc ana əkiz uşaq gözləyərkən milyonda bir rastlanan vəziyyətlə üzləşib.

Metbuat.az xəbər verir ki, Hindistanda yaşayan 21 yaşındakı qadın olduqca sancılı hamiləlik keçirib.

O, ilk öncə ultrasəs müayinəsi zamanı əkiz uşaqlarının olacağını öyrənib. Gənc qadının əkizləri dünyaya gəlib, ancaq bu işdə bir tərslik var idi. Başı sağlam olan əkizin qarnına yapışıq bir şəkildə olan parazit əkiz digərinin qarnından qidalanırdı.

Talesiz uşağın qarnında qulaqları və gözləri olmayan baş ilə birlikdə bir də əlavə əl olub. Həkim Vijiyeta Garg uşağı və ananı xilas edə biləcəyini söyləyib. Nəticədə uğurlu bir əməliyyatla ikisi də həyatda qalmağı bacarıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR