"Gedib kiminsə ərini əlindən almıram" - Rəqsanədən həmkarına atmaca

"Gedib kiminsə ərini əlindən almıram" - Rəqsanədən həmkarına atmaca
18:24 2 May 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

 

Müğənni Rəqsanə İsmayılova həmkarı Xatun Əliyevanın ünvanına sərt sözlər deyib.

 

Lent.az-ın axsam.az-a istinadən məlumatına görə, Xatun həmkarını onun toy məclislərini əlindən almaqla, çörəyinə bais olmaqla günahlandırıb.

 

R.İsmayılova sənətçiyə cavab verərək, onu yalan danışmaqda ittiham edib:

 

“Kiminsə qabağında susan, qorxan deyiləm. Hamının cavabını necə lazımdı verirəm. Sadəcə, boş-boş danışılan sözə cavab vermək, qalmaqal etmək istəmirəm. Mən Rəqsanəyəm, səsimlə, mahnılarımla sevilmişəm. Tələbatlı insanam. Getdiyim toylarda ətrafıma dolanırlar. O insanların ailələri ilə ömürlük dost oluram. Gedib sonra kiminsə ərini, oğlunu əlindən almıram. Yəhudilərin belə toyunda oluram. Halbuki çoxlarının arzusu həmin toylarda iştirak etməkdir.

 

Əgər bir insanı toya dəvət etmirlərsə, mən nə edim? Hər zaman təqvimlə toy oxuyuram.  Nə qadın, nə də kişinin çörəyi ilə oynayaram. Əgər kiminsə ürəyində belə şübhə qalıbsa, toy yiyəsi də, mən də sağıq. Oturub bu haqda danışaq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR