ASAN könüllüləri Bakı Şopinq Festivalında

ASAN könüllüləri Bakı Şopinq Festivalında
18:29 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Şopinq Festivalı “ASAN Könüllüəri” Gənclər Təşkilatı (AKGT) ilə də əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bu barədə Festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) ilə AKGT arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum AKB ilə AKGT arasında əməkdaşlıq və partnyorluq münasibətlərini təmin etməklə, Azərbaycan gənclərində sağlam mühitin formalaşdırılması, gənclərin sağlam dəyərlərə əsaslanan fəaliyyətlərə cəlb olunması ilə onların müxtəlif mənfi təsirlərə məruz qalmamasına nail olmaq, gənclər arasında dövlət iqtisadiyyatına və turizm inkişafına marağın artırılmasını təmin etmək, Bakı Şopinq Festivalı üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.

Əməkdaşlıq proqramı çərçivəsində, birgə layihələrin, konfransların, seminarların təşkili də nəzərdə tutur. Azərbaycan Konqreslər Bürosunun həyata keçiridiyi yerli və beynəlxalq miqyaslı layihələrin, beynəlxalq tədbirlərin təşkilinə, qarşılıqlı razılıq əsasında “ASAN Könüllüəri” Gənclər Təşkilatı cəlb ediləcək.

Birgə əməkdaşlıq ASAN Könüllülərinin gənclərin iqtisadiyyat və turizm inkişafında təcrübə toplamaqları baxımından da əhəmiyyətli olacaq. Həmçinin, Bakı Konqreslər Bürosunun ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri “ASAN Könüllüəri” Gənclər Təşkilatı tərəfindən dəstəklənəcək və qarşılıqlı razılaşdırılmış fəaliyyət istiqamətləri üzrə birgə tədbirlər həyata keçiriləcək.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR