"Receb İvedik- 5" - 4 maydan Park Cinemada

"Receb İvedik- 5"  - 4 maydan Park Cinemada
18:47 2 May 2017
Ölkə mətbuatı
A- A+

Türkiyənin ən baxımlı filmlərindən olan və ölkəmizdə də çoxdan gözlənilən "Receb İvedik- 5"  komediyası 4 maydan Park Cinema kinoteatrlar şəbəkəsində yayımlanacaq. Metropark, Park Bulvar, Flame Towers, Zaqulba və Masallıda yayımı nəzərdə tutulan filmə artıq öncədən bilet satışına da start verilib.

Sinopsis

Rəcəb İvedik məhəllə sakinlərindən olan İsmətin ailəsinə başsağlığı vermək üçün gedəndə arvadının əziyyət çəkdiyini görür və ona kömək etmək istəyir. Şofer İsmətin axırıncı vəzifəsini yerinə yetirmək üçün Nurullah ilə birgə yola düşürlər. Bu yolculuğun qısa olmasını guman edən Rəcəb, cavan idmançılardan ibarət Milli Klubu xaricdəki bir idman təşkilatına apardığını başa düşəndə, artıq hər şey üçün gec olur.

İdman təşkilatında iştirak edən klubun başına bədbəxt hadisə gəlir, işlər bir-birinə qarışır və Rəcəb bu işin öhdəsindən gəlmək istəyir. Qazanmaqdan başqa çarəsi olmadığına inanan Rəcəb, hadisələri öz üsulları ilə həll etmək istəyəndə birbirindən gülməli vəziyyətlər baş verir.

Şahan Gökbakarın yaratdığı Rəcəb İvedik xarakterinin beşinci məcarası yenə bir-birindən əyləncəli hadisələrlə dolu, oxşarı olmayan bir komediya kimi tamaşaçılara təqdim edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/541033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR