Azərbaycan səfiri BƏƏ-nin xariic işlər naziri ilə görüşüb

Azərbaycan səfiri BƏƏ-nin xariic işlər naziri ilə görüşüb
18:52 2 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bu ölkənin xarici işlər üzrə dövlət naziri doktor Ənvər Qarqaş ilə görüşüb.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, səfir iki ölkəni bağlayan siyasi və dostluq əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, Prezident İlham Əliyevin BƏƏ ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini dövlət nazirinin diqqətinə çatdırıb.
Səfir turizm sahəsində dinamik inkişafda olan əməkdaşlığa nəzər salaraq, diqqətə çatdırıb ki, 2016-cı ildə ölkəmizi 70 000-dək BƏƏ vətəndaşı ziyarət edib, bu da ötən illərlə müqayisədə 30 dəfə artım deməkdir.
D.Şikarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum barəsində dövlət nazirə məlumat verib.
Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımlara toxunan səfir Xocalı şəhərində yüzlərlə günahsız insanın həyatına soy qoymuş qətliamdan söhbət açıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-sefiri-bee-nin-xariic-isler-naziri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR