Azərbaycanda yem emalı məntəqəsi tikildi

Azərbaycanda yem emalı məntəqəsi tikildi
19:05 2 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Cəfərli kənd sakinləri icmada yem emalı məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

Milli.Az bildirir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

USAID-in Layihlər şöbəsinin əməkdaşı Rayn Rassel qeyd edib: "Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Cəfərli sakinləri bunu edə bildikləri üçün özləri ilə fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni yem emalı məntəqəsinin açılışında iştirak edirik."

Bu layihə kəndin 4000-ə yaxın sakininin heyvandarlıq və kənd təsərrüfatı fəaliyyətlərinə müsbət təsir göstərəcək. Nəticə etibarı ilə, mal-qara üçün əlçətan və qidalandırıcı yem çatışmazlığı aradan qalxacaq. Fermerlə artıq rayon mərkəzinə getməyərək vaxt və vəsait itirməyəcəklər. EWMI təşkilatının texniki dəstəyi ilə, Cəfərli icması yeni yem emalı məntəqəsi inşa ediblər ki, bundan 754 ailə faydalana biləcək.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 81 icmasında 131,000-dən çox insanın faydalana biləcəyi 92 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR