"Azercell" yeni kampaniyaya start verib

"Azercell" yeni kampaniyaya start verib
19:32 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Sürətli internet xidmətini abunəçiləri üçün əlçatan etmək məqsədi ilə güzəştli şərtlərlə cihazları onların istifadəsinə verməkdə davam edən "Azercell Telecom" 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənşsiz yeni kampaniyaya başlayır. 
"Azercell"dən "Report"a daxil olan məlumata görə, mayın 1-dən etibarən “1001 Smartfon kampaniyası” çərçivəsində abunəçiləri "iPhone 7" və "iPhone 5S" kimi 4G-dəstəkli smartfonları uyğun olaraq cəmi 89 AZN və 55 AZN-dən başlayan qiymətə əldə etmək imkanı qazanırlar. Abunəçilərinə sərfəli qiymətlərlə "iPhone 7" və "iPhone 5S" smartfonlarını əldə etmək imkanı yaradan "Azercell" eyni zamanda onlara hədiyyə olaraq iri həcmli internet paketlərindən (5GB/10GB/Limitsiz) yararlanmaq və ölkə daxilində sərfəli zəng etmək (0,06 AZN/dəq.) üstünlüyünü də verir.
Kampaniyaya qoşulmaq üçün abunəçilər Bakı və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.
Onu da qeyd edək ki, "Azercell" "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operatordur.




Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-yeni-kampaniyaya-start-verib-12

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR