Mərmərə dənizi narıncı rəngə boyandı - NİYƏ?

Mərmərə dənizi narıncı rəngə boyandı - NİYƏ?
19:43 2 May 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Tekirdağ şəhəri yaxınlığında Mərmərə dənizinin suları narıncı rəngə boyanıb.

Trend-in məlumatına görə, bu hadisə sakinlərin narahatlığına səbəb olub.

Onlar bunun kimyəvi maddələrin suya qarışması nəticəsində baş verdiyini hesab edib. Lakin bioloqlar bu amilin ən kiçik dəniz canlısı olan planktonlarla bağlı olduğunu bildirib.

Alimlərin sözlərinə görə, bu planktonlar yaz aylarında ətraf suları müxtəlif rənglərə boyaya bilər.

“Noctiluca scintillans” növünə aid planktonlar dənizi çəhrayı, yaşıl, qırmızı və qəhvəyi rənglərlə boyamaq qabiliyyətinə malikdir. Bu amil təbii mühitə heç bir ziya vurmur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2749319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR