Bakıda "Colorfull spring" adlı "Kids Fashion Show" keçirilib (FOTO)

Bakıda "Colorfull spring" adlı "Kids Fashion Show" keçirilib (FOTO)
19:55 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda "Colorfull spring" adlı "Kids Fashion Show" keçirilib.

Trend-in məlumatına görə, "Art production" tərəfindən keçirilən şouda 15 gənc modelyer öz əl işlərini 21 kiçik model üzərində nümayiş etdirib.

Tədbirdə müxtəlif tanınmış sənət nümayəndələri qonaq və münsifər heyəti olaraq iştirak edib. Tədbirdə qaliblər 6 nominasiya üzrə seçilib. 3 qalib münsiflər heyəti, digər 3 qalib isə tamaşaçılar tərəfindən təyin olunub. Münsiflər heyətinin qərarına əsasən 1- ci yerin sahibi Fərhadzadə Leyla, 2-ci yerin sahibi Məmmədova Zarina, Ələsgərova Nuray və 3-cü yerin sahibi isə Cəlilova Esmiralda təyin olunub. Tamaşaçıların qərarına əsasən 1-ci yerin sahibi Ağamirzəyeva Nigar, 2-ci yerin sahibi Zülfüqarova Məlahət və 3-cü yerin sahibi Bağırova Aminət təyin olunub.

Tədbirin aparıcısı Seyran Babayev və münsiflər heyəti qismində uşaq musiqilərinin bəstəkarı Məryəm Əlibəyli, müğənni Samir Oruc, teleaparı Nərgiz Vahabqızı, modelyer Dinara Amrahova və stilist Samiraldo iştirak edib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2749338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR