Mərmərə dənizi narıncı rəngə boyandı - SƏBƏBİ ÇOX MARAQLIDIR

Mərmərə dənizi narıncı rəngə boyandı - SƏBƏBİ ÇOX MARAQLIDIR
20:05 2 May 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tekirdağ şəhəri yaxınlığında Mərmərə dənizinin suları narıncı rəngə boyanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu hadisə sakinlərin narahatlığına səbəb olub.

Onlar bunun kimyəvi maddələrin suya qarışması nəticəsində baş verdiyini hesab edib. Lakin bioloqlar bu amilin ən kiçik dəniz canlısı olan planktonlarla bağlı olduğunu bildirib.

Alimlərin sözlərinə görə, bu planktonlar yaz aylarında ətraf suları müxtəlif rənglərə boyaya bilər.

"Noctiluca scintillans" növünə aid planktonlar dənizi çəhrayı, yaşıl, qırmızı və qəhvəyi rənglərlə boyamaq qabiliyyətinə malikdir. Bu amil təbii mühitə heç bir ziya vurmur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR