TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Tərcümə Mərkəzində olub

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Tərcümə Mərkəzində olub
20:12 2 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Türkiyənin TRT Bakı bürosunun rəhbəri Yıldıray Arslan Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı mərkəzin Türkiyə ədəbiyyatına ayırdığı diqqətdən, görkəmli türk yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək, Azərbaycan oxucusuna tanıdılmasından, həmçinin yaxın günlərdə Azərbaycan dilində işıq üzü görəcək “Türkiyə ədəbiyyatı antologiyası”ndan söz açılıb.
Yıldıray Arslan mərkəzin ədəbiyyatlararası əlaqələr üzrə fəaliyyətinin TRT kanalı tərəfindən işıqlandırılmasının hər iki ölkənin ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə töhfəsini verəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/media/trt-nin-baki-temsilciliyinin-rehberi-tercume-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR