Möhtəşəm dəb şousunun ən gözəl makiyajları - FOTOLAR

Möhtəşəm dəb şousunun ən gözəl makiyajları - FOTOLAR
20:18 2 May 2017
Ölkə mətbuatı
A- A+

Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda ənənəvi olaraq hər il keçirilən "Met Gala" mərasimi bir çox trendlərin yaranmasına böyük təsir göstərir. Bu dəfə də istisna olmadı və bu, təsadüfi deyil. Axı kino musiqi və moda dünyasının bir çox simalarını mərasimə ən peşəkar vizajistlər hazırlayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə Rihanna, Emili Ratajovski, Kendis Sveynpul, Lili-Rouz Depp, Kara Delevin, Selena Qomez, Cidi Hadid qeyri-adi, bununla belə seksual makiyajları sayəsində xüsusilə seçilib. Şübhə yoxdur ki, adlarını çəkdiyimiz ulduzların makiyajları tezliklə mövsümün əsas gözəllik tendensiyalarına çevriləcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, yaponiyalı dizayner Rey Kavakubun avanqard yaradıcılığına həsr olunmuş ziyafətdə ulduzlar təvazökarlıq olmağı seçməyib. Əksinə makiyajda yayın əsas trend sayılan çəhrayı rəngdən bol-bol istifadə ediblər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/197304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR