Bakıda “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq

Bakıda “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq
20:52 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində mayın 4-5-də  “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq. 
Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər "dəyirmi masa", sərgi və ustad dərsləri keçiriləcək.
Tədbirlərdə 100-dən çox ölkəmizin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak edəcəklər. "Dəyirmi masa"da xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunacaq.
Həmin tarixlərdə ölkənin müxtəlif bölgələrindən gələn iştirakçıların əl işləri  təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarkası keçiriləcək. Bu sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, toxuculuğun bu əsrarəngiz sahəsində çalışan fərdi xalçaçılara dəstək olmaqdan ibarətdir. 

Tədbirlər ərzində muzeydə unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-xalcaci-gunu-pese-bayrami-qeyd-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR