Bu ölkə paytaxtını dəyişir

Bu ölkə paytaxtını dəyişir
20:52 2 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziya paytaxtı Cakartanı dəyişməyə hazırlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Cakartada tez-tez baş verən təbii fəlakətlər səbəbindən, eyni zamanda başqa şəhərlərin inkişafına təkan vermək məqsədilə hökumət paytaxtın dəyişdirilməsi layihəsi üzərində işləyir.

İndoneziyanın Milli İnkişaf Nazirliyinin açıqlamasına görə, Cakartadakı zəlzələ riski, subasmalar və nəqliyyat problemləri belə bir layihənin reallaşdırılmasını gündəmə gətirib.

Paytaxt ola biləcək şəhərlərin siyahısının ilin sonuna qədər hazırlanması nəzərdə tutulur. İndoneziyanın ən böyük adası olan Kalimantanın mərkəzində yerləşən Palangkaraya şəhərinin paytaxt seçiləcəyi isə əsas ehtimaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR