SSRİ-nin sonuncu müdafiə naziri xəstəxanaya düşdü

SSRİ-nin sonuncu müdafiə naziri xəstəxanaya düşdü
20:53 2 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov P.Mandrıla adına Moskva mərkəzi hərbi kliniki hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Publika.az xəbər verir ki, 92 yaşlı Yazov beyin qan dövranının kəskin pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Yazova intensiv tibbi yardım göstərilib, yaxın zamanda onun reanimasiyadan palataya köçürülməsi gözlənilir.

Dmitri Yazov 1924-cü il noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu sovet komandanıdır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR