Bakıda qadın avtobus sürücüsünü döyüb - VİDEO

Bakıda qadın avtobus sürücüsünü döyüb - VİDEO
21:05 2 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda xanım sərnişin marşrut avtobusunu istədiyi yerdə saxlamayan sürücünü döyüb və köynəyini cırıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtda 3 mikroryon dairəsinin yaxınlıqında 61 saylı marşrut avtobusunda qeydə alınıb. Sərnişinlərdən biri sürücü Rövşən Süleymanovdan avtobusu dayancaq olmayan yerdə saxlamağı tələb edib. Sürücü bu tələbi yerinə yetirmədiyindən mübahisə yaşanıb.
Sürücünün onun tələbini yerinə yetirmədiyini görən xanım daha da əsəbləşib və təhqirə keçib.
Bir neçə dəqiqə davam edən çəkişmədən sonra əsəbi sərnişin arxa qapıdan düşmək əvəzinə sürücünün üstünə gəlib və digər sərnişinlərin müdaxiləsinə baxmayaraq sürücünü vurub və köyənəyini cırıb.
İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən marşurut avtobusunun sürücüsü sərnişin düşürüb və ya mindirmək üçün dayancaqdan kənar avtobus saxladıqda yol polisi tərəfindən 100 manat və 4 bal miqdarında cərimələnir. Üstəlik kameralarla təchiz edilən avtobuslarda daşıyıcı şirkətlərdə dayanacaqdan kənar avtobus saxlayan sürücüləri cərimələyirlər.
Sözügedən hadisədən sonra daşıyıcı şirkət tərəfindən sürücü Rövşən Süleymanov mükafatlandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR