Xərçəng müalicəsində dağ bananının faydaları

Xərçəng müalicəsində dağ bananının faydaları
21:47 2 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağ bananı qaya diblərində, daşların arasında bitir. Maraqlı bir dadı var. Bahar aylarında qabığı banan kimi soyulduğu üçün dağ bananı adını almışdır. Dağ bananının faydaları saymaqla bitmir. C vitamini və mineral baxımından çox zəngin bir bitkidir. Çox istehlak edildiyi halda belə, hər hansı bir əks təsir yaratmır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kökünün mədə və böyrək narahatlıqlarına yaxşı təsir edir və xüsusilə həzmi asanlaşdırır. Yarpaqları qaynadılır və suyu qanda​ şəkərin səviyyəsini salmaq məqsədilə içilir.
 
Bundan əlavə, iştahı​ açır, bədəni qüvvətləndirir və müqavimət qazandırır.
 
ABŞ-dakı bir araşdırmada, dağ bananının xərçəng hüceyrələrinin inkişafını dayandırdığı deyilir.
 
Bir təcrübədə dağ bananında olan parietin adlı qırmızı piqmentləri xərçəng hüceyrələrinə köçürülmüş və yalnız iki gün ərzində xərçəng hüceyrələrinin yarısının öldüyü müşahidə edilmişdir. Piqmentlərin başqa bir növünün də şişlərin inkişafını azaltdığı müəyyən olundu. Bu araşdırmaların sonunda, xərçəng müalicəsində istifadə edilə bilən bir dərman istehsalı düşünülürdü. Mütəxəssislər dağ bananından hazırlanmış xərçəng dərmanının bir neçə il ərzində xərçəng müalicəsində istifadə edilə biləcəyini deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR