Terrorçular bu siyahıya Rusiya bayrağını da əlavə etdilər - FOTOLAR

Terrorçular bu siyahıya Rusiya bayrağını da əlavə etdilər - FOTOLAR
22:03 2 May 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin sərhəd bölgəsinə atəş açan YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücləri - red.) cavab verən Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki bəzi binalarını vurdu.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, cavab atəşindən dərhal sonra bölgəyə gedən rus əsgərləri vurulan binalara Rusiya bayrağı asıblar.

İraqın Sincar bölgəsində vurulan binalara Şimali İraq kürd muxtariyyəti, Münbiçin şimalındakı binalara ABŞ, Münbiçin cənubundakı binalara isə Suriya bayrağı asaraq Türkiyənin əməliyyatlarının qarşısını almağa çalışan YPG bunlara Rusiya bayrağını əlavə edib.

Rus hərbiçiləri və terrorçuların paylaşdığı görüntülərdə YPG-yə aid nişanlarla Rusiya bayraqlarının birlikdə dalğalandığı görünür.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR