Çempionlar Liqası: Madriddə heyətlər açıqlandı - YENİLƏNİR - FOTO

Çempionlar Liqası: Madriddə heyətlər açıqlandı - YENİLƏNİR - FOTO
22:17 2 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gələcək.

Çempionlar Liqasının son qalibi "Real" turnirin son finalçısı "Atletiko"nu qəbul edəcək. "Real" ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqibdi. Ötən mövsüm əsas və əlavə vaxtı heç-heçə nəticələnən həlledici görüşün penaltilər seriyasında "Atletiko" rəqibinə boyun əymişdi. 2013/2014 mövsümünün də finalında məhz bu iki komanda qarşılaşmışdı. Həmin vaxt görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnmiş, lakin əlavə 30 dəqiqədə "Real" rəqib qapısından daha 3 top keçirərək, turnirin qalibi adını qazanmışdı.

La Liqanın cari mövsümündə "Real" və "Atletiko" arasında keçirilmiş 2 görüşdən birində "kral klubu" qələbə qazanıb, digərində isə digərində isə heç-heçə (1:1) qeydə alınıb.

Madridin hər iki təmsilçisi İspaniya çempionatının XXXV turunda qələbəyə sevinib. "Atletiko" səfərdə "Las Palmas"ın qapısından 5 cavabsız top keçirib, "Real" isə öz meydanında "Valensiya"nı 2:1 hesabı ilə üstələyib. 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

22:45. "Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

"Real": 1. Keylor Navas, 2. Dani Karvaxal, 4. Serxio Ramos, 5. Rafael Varan, 7. Kristiano Ronaldo, 8. Toni Kroos, 9. Karim Benzema, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç, 22. İsko

Ehtiyat oyunçular: 13. Kiko Kasilla, 6. Naço, 10. Xames Rodrigez, 16. Mateo Kovaçiç, 17. Lukas Vazgez, 20. Marko Asensio, 21. Alvaro Morata

"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 6. Koke, 7. Antuan Qrizman, 8. Saul Nigez, 10. Yanik Karrasko, 14. Qabi, 15. Stefan Saviç, 19. Lukas Hernandez, 21. Kevin Qameyro

Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 5. Tyaqo, 9. Fernando Torres, 11. Anxel Korrea, 22. Tomas, 23. Nikolas Qaytan, 37. Alberto Rodrigez

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR