Yunanıstanın Enerji Nazirliyi çərşənbə axşamı yaydığı bəyanatda Yunanıstanın xarici kreditorlarla bağladığı müqaviləyə əsasən ölkənin qaz operatoru DESFA-ın səhmlərinin 66 faizini bir daha satışa çıxaracağını bildirib.
Milli.Az BBC-yə istinadən bildirir ki,2013-cü ildə DESFA-ın səhmləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ- SOCAR) 400 milyon avroya satılsa da, Avropa Komissiyası müdaxilə edərək, ARDNŞ-ə səhmlərin yalnız 49 faizinin satılmasını təklif edib.
Bununla qalan səhmlərin 17 faizini ARDNŞ ilə konsorsium yaradan İtaliyanın Snam şirkətinə satılması üzrə danışıqlar keçirilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində