"Trampın şam yeməyindən sonra əyləncəsi idi" - Raket zərbəsi

"Trampın şam yeməyindən sonra əyləncəsi idi" - Raket zərbəsi
22:32 2 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ticarət naziri Uilbur Ross Suriyadakı aerodroma raket zərbəsi endirməsini Birləşmiş Ştatların Prezidenti Donald Trampın və Çin Xalq Respublikasının Sədri Si Cinpinin "şam yeməyindən sonra əyləncəsi" adlandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir belə "əyləncə"yə görə D.Trampın nəsə ödəməsinə ehtiyac olmadığını deyib.

"Variety" jurnalı Los-Ancelesdə beynəlxalq konfransda çıxış edən U.Rossdan sitat gətirir: "Desert gətiriləndə Donald Tramp Si Cinpinə bir məsələ barədə - Suriyaya 59 raket zərbəsinin endirilməsindən danışmalı olduğunu bildirib. Bu, şam yeməyindən sonra birgə əyləncə idi".

Kütlə nazirin bu sözlərini gülüşlə qarşılayıb.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri ötən ayın əvvəllərində Suriyanın Hums vilayətindəki Şayrat aviabazasına raket zərbələri endirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR