Fərid türk qızı ilə nişanlandı - VİDEO

Fərid türk qızı ilə nişanlandı - VİDEO
22:32 2 May 2017
211 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç proqramında azərbaycanlı iştirakçı Fərid türk qızı Nagihanla nişanlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2 aya yaxındır görüşən cütlüyün bu gün verilişdə nişan mərasimi baş tutub.

Aparıcı hər iki gəncin barmağına nişan üzüyü taxıb və onları nişanlı cütlük elan edib. Həm Fərid , həm Nagihan çox həyəcanlı olduqları üçün danışa bilməyiblər.

Nagihanın nənəsi də mərasimdə iştirak edib. O, Fəridi də Nagihan qədər sevdiyini və nəvəsi kimi gördüyünü bildirib.

Nişan tortu kəsildikdən sonra cütlük rəqs edib. Daha sonra Zuhal Topal ikiliyə xoşbəxtlik arzulayaraq, nikah günü görüşmək ümidi ilə yola salıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR