Mariya Stadnik 6-cı dəfə Avropa çempionu oldu -

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.

Metbuat.az-ın məlumatına görə, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərin yarışında 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məlub edən Mariya finala yüksəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.

48 kq
FİNAL - İlona Semkiv (UKR) - Mariya Stadnik 0:10
1/2 final - Emilia Alina Vuc (ROU) - Mariya Stadnik 0:10 (44 san.)
1/4 final - Mariya Stadnik - Evin Demirhan (TUR) 14:1
1/8 final - Mariya Stadnik - Anna Lukasiak (POL) 10:0


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR