Mariya Stadnik 6-cı dəfə Avropa çempionu oldu

Mariya Stadnik 6-cı dəfə Avropa çempionu oldu
22:47 2 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib.

Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR