Seçki nəticələri açıqlandı -

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülüb.

AMEA-nın 2 may 2017-ci il tarixli Ümumi yığıncağında aşağıdakı alimlər AMEA-nın həqiqi və müxbir üzvü seçiliblər.

Bundan əlavə, akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, Nərgiz Axundova İctimai Elmlər, Nazim Məmmədov isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmələrinin akademik-katibi seçiliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR