Rusiya Kubokunun finalında dava: matç dayandırıldı - VİDEO

Rusiya Kubokunun finalında dava: matç dayandırıldı - VİDEO
23:12 2 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Lokomotiv" və "Ural" futbolçuları ölkə Kubokunun final oyununun bitməsinə az qalmış stadionda dava salıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, matçın 93-cü dəqiqəsində "Ural"ın cərimə meydançası yaxınlığında Yekaterinburq komandasının müdafiəçisi Artyom Fidler və "Lokomotiv"in braziliyalı hücumçusu Ari arasında mübahisə yaranıb. Daha sonra digər oyunçular da onlara qoşulub.
Son dəqiqələrdə hakim Ari Farfan və Fernandeş ("Lokomotiv"), həmçinin Fidler və Manuçaryana ("Ural") qırmızı vərəqə göstərib.
"Lokomotiv" 2016/17-ci illər mövsümündə Rusiya Kubokunun sahibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR