Siqətül-İslam və siqətül-mühəddisin ləqəblərinin mənası nədir?

Siqətül-İslam və siqətül-mühəddisin ləqəblərinin mənası nədir?
23:17 2 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Siqətül-İslam və siqətül-mühəddisin ləqəblərinin mənası nədir və bu ləqəblər kimlərə verilir?

Bunlar mötəbər hədis tədqiqatçılarına verilən ləqəblərdir. "Siqətül-İslam" ləqəbi "İslamın mötəbər şəxsiyyəti" mənasını verir. "Siqətül-mühəddisin" isə "hədis alimlərinin etibarlısı, inanılmışı" deməkdir. Cəfəri məzhəbinin böyük hədis alimlərindən Şeyx Küleyni siqətül-İslam ləqəbi ilə məşhurdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi mənbələrdə Şeyx Küleyninin hətta öz sağlığında bu ləqəblə tanındığı yazılıb. Amma daha geniş yayılmış məlumata görə, Şeyx Küleynini siqətül-İslam adlandırmış ilk müəllif ondan təqribən yeddi əsr sonra yaşamış Şeyx Bəhai olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR