Putin və Merkel Suriyanı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Soçidə bir araya gəliblər.

Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Metbuat.az-ın məlumatına görə, mətbuat nümayəndələrinin önünə çıxan Vladimir Putin Angela Merkellə Suriya məsələsini müzakirə etdiklərini bildirib:

"Suriya mövzusu haqda fikir mübadiləsi apardıq. Məsələnin BMT-nin himayəsi altında sülh yolu ilə həllini tapmasını istəyirik.

Təbii ki, ABŞ kimi bir ölkənin iştirakı olmadan problemləri həll etmək mümkün deyil. Bu səbəbdən də amerikalı ortaqlarımızla təmaslarımız var. Ümid edirəm ki, beynəlxalq siyasətdə çox önəmli və həssas məsələlərlə bağlı birgə addım ata biləcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR