Bakıda şadlıq sarayında dava: nəzarətçi qonağı döydü

Bakıda şadlıq sarayında dava: nəzarətçi qonağı döydü
23:42 2 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda toydan çıxan şəxs döyülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xocalı prospektində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Zamiq Saleh oğlu sözügedən şadlıq evindən çıxarkən avtomobil duracağında nəzarətçi ilə əlbəyaxa olub. Onların arasında mübahisə avtomobilin düzgün park edilməməsi üstündə düşüb. Nəticədə Zamiq Əliyev döyülüb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR