Putin və Tramp arasında növbəti telefon danışığı olub:

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

Metbuat.az-ın məlumatına görə, liderlər Rusiya və ABŞ-ın Suriyada birgə addım atmasının mümkünlüyünü müzakirə ediblər. Putin Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırıb.

Putin və Tramp Almaniyanın Hamburq şəhərində keçiriləcək "G-20" sammitində görüşmək mövzusunda da razılığa gəliblər. Həmçinin Suriya münaqişəsinin həllini sürətləndirmək üçün dialoqun aktivləşdirilməsi qərar alınıb.

Xatırladaq ki, bu, Tramp və Putin arasındakı üçüncü telefon danışığıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR