Bakıda toydan çıxan şəxs nəzarətçi tərəfindən döyülüb

Bakıda toydan çıxan şəxs nəzarətçi tərəfindən döyülüb
23:57 2 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Bakının Xətai rayonunda toydan çıxan şəxs döyülüb.
"Report" xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Zamiq Saleh oğlu sözügedən şadlıq evindən çıxarkən avtomobil duracağında nəzarətçi ilə əlbəyaxa olub. Onların arasında mübahisə avtomobilin düzgün park edilməməsi üstündə düşüb. Nəticədə Zamiq Əliyev döyülüb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-toydan-cixan-sexs-nezaretci-terefinden-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR