Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp arasında telefon danışığı olub
00:58 3 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

Liderlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Qeyd olunur ki, Putin qarşı tərəfi gərginliyin səviyyəsini aşağı salmağa və təmkinli olmağa çağırıb.

Putin və Tramp telefonla əlaqə saxlamaq barədə razılığa gəliblər və G20-nin iyulda Hamburqda keçiriləcək sammiti çərçivəsində şəxsən görüşmək fikrində olduqlarını ifadə ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR