Bakıda toydan çıxan şəxsi nəzarətçi döydü

Bakıda toydan çıxan şəxsi nəzarətçi döydü
01:18 3 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda toydan çıxan şəxs döyülüb.

"Report" xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Zamiq Saleh oğlu sözügedən şadlıq evindən çıxarkən avtomobil duracağında nəzarətçi ilə əlbəyaxa olub. Onların arasında mübahisə avtomobilin düzgün park edilməməsi üstündə düşüb. Nəticədə Zamiq Əliyev döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR