Kriştiano Ronaldo tarix yazdı

Xəbər verdiyimiz kimi, "Real"ın forvardı Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalı çərçivəsində "Atletiko" ilə oynanılan matçda het-trik edib.

Metbuat.az-ın məlumatına görə, portuqaliyalı futbolçu daha bir ilkə imza atıb. Belə ki, Ronaldo Çempionlar Liqasının pley-offunda 50 qol vuran birinci futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, Kriştiano Ronaldo cari mövsümdə Çempionlar Liqasında rəqib qapılarına 10 dəfə yol tapıb. O, turnirin bombardirləri siyahısında yalnız Lionel Messidən (11 qol) geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR