ABŞ, Yaponiya və Cənubi Koreya KXDR ilə bağlı vəziyyət üzrə müşavirə keçirib

ABŞ, Yaponiya və Cənubi Koreya KXDR ilə bağlı vəziyyət üzrə müşavirə keçirib
06:57 3 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Şimali Koreya ilə bağlı vəziyyət üzrə videokonfrans rejimində üçtərəfli müşavirə keçiriblər.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər Koreya Xalq Demokratik Respublikasının Koreya yarımadasında sülh və sabitliyə təhlükə yarada biləcək istənilən fəaliyyətini qətiyyətlə pisləyiblər.
Həmçinin bildirilir ki, tərəflər regional təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlığı dəstəkləyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-yaponiya-ve-cenubi-koreya-kxdr-ile-bagli-veziyyet-uzre-musavire-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR