Nikah masasına oturmağa hazırlaşan Burak Özçivit və Fahriye Evcen jurnalistlərlə qarşılaşıblar.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Burak "Kara sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə küsülü olduğu barədə xəbərlərə münasibət bildirib:
"Mənim heç kimlə problemin yoxdur. Çəkiliş meydançasında bir şey yaşanmayıb. Yazılanların bizimlə əlaqəsi yoxdur".
Qeyd edək ki, "Kara sevda" 5 seriyadan sonra final edəcək. Serialın Neslihan və Burak arasındakı münasibətlərin kəskinləşməsinə görə bitdiyi deyilir. İddia edilir ki, onlar hətta çəkilişdə bir araya gəlməməyə çalışırlar.
Milli.Az