"Mançester Yunayted"də "zədə epidemiyası" davam edir

"Mançester Yunayted"də "zədə epidemiyası" davam edir
07:32 3 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in daha bir futbolçusu sıradan çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 35-ci turunda "Suonsi" ilə matçda zədələnən Lyuk Şounun durumunun ciddi olduğu müəyyənləşib.

Onun üçün bu mövsümün artıq başa çatdığı bildirilib.

Qeyd edək ki, hazırda "MY"nın heyətində  Zlatan İbrahimoviç,  Erik Beyi Xuan Mata, Markos Roxo, Kris Smollinq və Fil Cons zədəlidirlər. Komandanın Avropa Liqasının yarımfinalında "Selta" ilə oyuna 14 nəfərlik heyətlə getmək ehtimalı olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR