ÇL, yarımfinal: “Monako” “Yuventus”a qarşı

ÇL, yarımfinal: “Monako” “Yuventus”a qarşı
08:03 3 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, Fransada “Yuventus”la “Monako” üz-üzə gələcəklər.

Hər iki komanda cari mövsümü əla keçirir. Təsadüfi deyil ki, “Monako” Fransa çempionatında, “Yuventus” isə İtaliya A seriyasında turnir cədvəlinə başçılıq edir. Leonardo Jardimin komandası cari mövsümdə Fransa çempionatının ən məhsuldar komandasıdı – 95 qol. “Monako” Çempionlar Liqasında da bu bacarığını nümayiş etdirir.

A seriyasının 34-cü turunda “Atalanta” ilə heç-heçə (2:2) edən “Yuventus” isə sona 4 tur qalmış ən yaxın izləyicisi “Roma”nı 9 xal qabaqlayır.

Çempionlar Liqası. Yarımfinal , ilk oyun

3 may

22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR