Bu gün Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək
08:47 3 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
"Report"un məlumatına görə, Fransa təmsilçisi “Monako” ilə İtaliyanın “Yuventus” klubunun ilk dueli Fransada baş tutacaq.
Bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/98 mövsümündə yarımfinalda, 2014/15 mövsümündə isə 1/4 finalda knyazlıq klubunu mübarizədən kənarlaşdırıb.
“Yuventus” indiyə qədər ÇL-də 11, “Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar.
22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Monako. II Lui stadionu

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-cempionlar-liqasinda-ikinci-yarimfinal-oyunu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR