Ukraynalı hüquq müdafiəçisi "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

Ukraynalı hüquq müdafiəçisi "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
09:37 3 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Ukraynalı hüququ müdafiəçisi Anton Alekseyev “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması haqda bəyanat verib.
Platformanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh razılaşması çərçivəsində mümkündür. Bununla belə mən, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bir daha qeyd edirəm.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin icrasının çox vacib olduğunu qeyd etmək istəyirəm. Həmçinin ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm.
Münaqişədən əvvəl Erməni və Azərbaycan xalqlarının sülh içində birgə yaşayışlarının şahidiyəm. Bu münasibətlər əsrlərlə formalaşıb. Lakin çox böyük təəssüf hissi ilə onu qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşır.
Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin sülh yolu ilə həlli ideyasını tam dəstəkləyirəm. Bu səbəbdən, mən bu unikal təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğumu bəyan edirəm.”

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ukraynali-huquq-mudafiecisi-ermenistan-azerbaycan-sulh-platformasi-na-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR