"ASAN xidmət" mərkəzlərinə 15 milyonuncu müraciət qeydə alınıb

"ASAN xidmət" mərkəzlərinə 15 milyonuncu müraciət qeydə alınıb
09:43 3 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 15 000 000-cu müraciət kimi qeydə alınıb.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət ediblər.

15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2749422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR