Burak Özçivit nişanlısı haqqında elə sözlər dedi ki... - FOTO/VİDEO

Burak Özçivit nişanlısı haqqında elə sözlər dedi ki... - FOTO/VİDEO
10:08 3 May 2017
181 Şou
Ölkə mətbuatı
A- A+

29 iyunda ailə qurmağa hazırlaşan Burak Özçivit ilə Fahriye Evcen dünən Bebekdə görüntülənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük toy planlarını qurduğunu, lakin harada keçiriləcəyinə hələ dəqiq qərar vermədiklərini açıqlayıb.

Burak Özçivit "Kefimiz yaxşıdır. Toyla bağlı heç bir problem yoxdur, amma toyu harada keçirəcəyimizi inanın ki, biz də bilmirik! Çox diqqətli və vasvası olduğumuz üçün bir qənaətə gəlməmişik. Son sözü gəlin xanım deyəcək. Dəqiqləşəndən sonra açıqlayarıq",- deyə bildirib.

Fahriye Evcen isə Burak Özçivitin çəkdiyi "Kardeşim benim 2" filmində rol alması ilə bağlı xəbərləri təkzib edib.

Xatırladaq ki, Burak Özçivit toy və bal ayı üçün ona gələn sponsorluq təkliflərini qəbul etmədiyini bildirmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR