Dişləri ağappaq edən təbii məcun

Dişlərinizi hazırlayacağınız təbii məcunla ağappaq edə bilərsiniz.

Metbuat.az xəbər verir ki, məcunu hazırlamaq üçün 3 qaşıq hindistan qozu yağı, 3 qaşıq soda, 15 damcı nanə yağına ehtiyacınız var. İstəyə görə 1-2 damcı alma sirkəsi əlavə edə bilərsiniz. Bütün məhsulları qabın içərisində qarışdırıb, soyuducuda saxlayın.

Qarışıma əlavə edəcəyiniz nanə ağızdakı bakteriyaları yox edəcək. Alma sirkəsi də nanə yağı kimi bakteriyaları yox etmək qabiliyyətinə malikdir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR