Bakıda "Caspian Power 2017" sərgisi keçiriləcək

Bakıda "Caspian Power 2017" sərgisi keçiriləcək
10:29 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

31 may-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2017” sərgisi keçiriləcək.

ITECA-dan Trend-ə verilən məlumata görə, sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olub.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR